Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

19 Avqust 2019 22:23 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən Aznews.az-a verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sabirabad sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.