Ərdoğan nazir müavininin ölümü ilə bağlı başsağlığı verdi

19 Avqust 2019 23:06 (UTC+04:00)

“Qafqazinfo”nun məlumatına görə, Ərdoğan təziyə mesajını Tvitter səhifəsində yazıb:

“Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursunun yol qəzası nəticəsində vəfat etdiyini təəssüf hissi ilə öyrəndim. Bir çox sahədə ölkəmizə əvəzsiz xidmətləri olan Haluk Dursuna Allahdan rəhmət, ailəsinə və millətimizə başsağlığı diləyirəm”.

Qeyd edək ki, Haluk Dursun bu gün Vanda yol qəzasında dünyasını dəyişib.