Ukraynada soyğunçuluqla məşğul olan keçmiş gürcü polislər saxlanılıb

19 Avqust 2019 23:25 (UTC+04:00)

Bu barədə Ukrayna mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, 33, 41 və 43 yaşlarında olan şübhəlilər bir sahibkara, onun həyat yoldaşına hücum edərək külli miqdarda pul, qızıl zinət əşyaları və "Lexus" markalı avtomobilini oğurlayıblar. Şübhəli şəxslərdən yoxlanış zamanı odlu silahlar aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi saxlanılan üç nəfərdən ikisinin keçmiş polis əməkdaşı olduğunu təsdiqləyib. Bildirilib ki, həmin şəxslər 2012-ci ildə Gürcüstanda hökümət dəyişikliyindən sonra ölkəni tərk ediblər. (APA)