Atambayevin həbs müddəti uzadıldı

20 Avqust 2019 10:10 (UTC+04:00)

Qırğızıstanın məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılması barədə qərar qəbul edib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, o, oktyabrın 26-a kimi həbsdə saxlanılacaq.

Eks-prezidentin vəkilinin sözlərinə əsasən, qərardan şikayət ediləcək.

Qeyd edilir ki, məhkəmə prosesində sabiq dövlət başçısının nə qohumları, nə tərəfdarları, nə də mətbuat nümayəndələri iştirak edib.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

AzNews.az