Bakıda aktyorun səhhəti pisləşdi - Reanimasiya şöbəsinə yerləşdirildi

20 Avqust 2019 11:07 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhəti pisləşib.

AzNews.az xəbər verir ki, aktyor beyin insultu keçirib.

Yaxınları onu təcili olaraq Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib.

Həkimlər Məhərrəm Qurbanovun vəziyyətinin pis olduğunu açıqlayıblar.

Yaxınlarının sözlərinə görə, aktyora 3 gün vaxt qoyulub.

Bahar RÜSTƏMLİ

AzNews.az