İranda böyük narkomafiya zərərsizləşdirildi

20 Avqust 2019 11:41 (UTC+04:00)

İranın cənubunda Hörmüzqan vilayətində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan silahlı mafiya zərərsizləşdirilib.

Bunu İranın Təhlükəsizlik Nazirliyi bildirib.

Məlumata görə, mafiya qonşu ölkələrdən birindən dəniz vasitəsilə gətirdiyi narkotik maddələrin böyük hissəsini İranda paylayır, qalanını isə tranzit edirmiş.

"Bu mafiyanın maliyyə dövriyyəsi 10 trilyon rialdan (rəsmi məzənnə ilə 238 milyon dollar, qara bazar məzənnəsi ilə 85,4 milyon dollar) çox olub".

İranın Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatda mafiyanın əsas üzvləri saxlanılıblar. Onların üzərindən müəyyən miqdarda nağd pul, avtomobil, zinət əşyaları aşkarlanıb.

Məlumatda bildirilir ki, bu silahlı mafiyanın zərərsizləşdirilməsi ilə ildə onlarla ton narkotik maddənin İrana daxil olmasının qarşısı alınıb.(trend.az)

AzNews.az