42 yaşlı kişi bıçaqlandı

20 Avqust 2019 12:24 (UTC+04:00)

Bərdə rayonunda 42 yaşlı kişi bıçaqlanıb.

1977-ci il təvəllüdlü rayon sakini İntiqam Həsənov bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı bədəninin müxtəlif nahiyələrindən üç bıçaq xəsarəti alıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az