Deputatlar restoranda dalaşdılar

12 May 2013 14:47 (UTC+04:00)



Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəhbəri olduğu "Vahid Milli Birlik" Partiyasına üzv olan millət vəkilləri restoranlarının birində içkili müştərilərlə dava ediblər .

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Saakaşvili, hərəkatın baş katibi Vano Merabişvil və iqtidar partiyasının bir neçə deputatı Tiflisin "La Truffe" restoranına şam yemək yeməyə gəliblər.

Prezidentin restoranı tərk etməsindən sonra, restoranda olan içkili müştərilər hakimiyyətin ünvanına sərt ittihamlar yağdırıblar.

Deyilən ağır sözlərdən sonra, millət vəkilləri restorandakı içkililərin restoran müdriyyəti tərəfindən susdurulmasını tələb etsələr də, onların bu arzusu ürəyində qalıb. Və beləcə dava başlayıb. Dava edən tərəflər bir-birilərinə kül qabı və boşqab atıblar.

Daha sonra hadisə yerinə polis gələrək dava salanları zaldan çıxarıblar.

Qeyd edək ki, dava nəticəsində deputat David Sakvarelidze əlindən bıçaq yarası alıb.

Aynur Hüseynova
AzNews.az