Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

20 Avqust 2019 13:29 (UTC+04:00)

17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları ilə birgə A qrupunda mübarizə aparacaq.(trend.az)

AzNews.az