Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı

20 Avqust 2019 15:49 (UTC+04:00)

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna "9" rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

AzNews.az