Misir səfirliyinin atteşesi Bakıda qəzaya düşdü

20 Avqust 2019 17:00 (UTC+04:00)

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin atteşesi avtomobil qəzasına düşüb.

Hadisə Yasamal rayonu, Tibilisi prospektində qeydə alınıb.

Məlumata görə, səfirliyin attaşesi Ahmet Adel Mohammet Fathenin idarə etdiyi səfirliyə məxsus avtomobil Şaiq Mustafayevin sürdüyü “Mercedes”lə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.(report.az)

AzNews.az