Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

20 Avqust 2019 19:34 (UTC+04:00)

Hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)