Bakı klubu Honduras millisinin futbolçusunu transfer edib

20 Avqust 2019 20:17 (UTC+04:00)

Bakı təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, Meksikanın “Nekaksa” və “Simarrones” klublarında çıxış edib. Onun son komandası Kosta-Rika “Alaxuelense”si olub.

R. Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub. (APA)