Putini təhqir edən jurnalist işdən çıxarıldı

20 Avqust 2019 22:06 (UTC+04:00)

Bunu Gürcüstanın "Rustavi 2" teleşirkətinin yeni baş direktoru Paata Saliya deyib.

Onun sözlərinə görə, teleşirkətdəki bir sıra jurnalistlər, o cümlədən, G.Qabuniya işdən azad olunublar.

Xatırladaq ki, G.Qabuniya iyulun 7-də "P.S." proqramına V. Putininin ünvanına söyüş söyməklə başlamışdı. (Oxu.az)