Bu barədə "Agency France Presse" məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir. "Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı", - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.
Qeyd edək ki, bu, Ağ Ev rəhbərinin növbəti belə təklifidir. Ötən ilin 8 iyununda da ABŞ prezidenti Rusiyanın G7-nin toplantısında iştirak etməsini istəyib. (Report)