Milyarder yubka geyinib, stüardessalıq elədi
12 May 2013 17:11 (UTC+04:00)
Britaniyalı milyarder, Virgin Group korporasiyasının banisi Riçard Brenson bu bazar AirAsia şirkətinin təyyarəsində stüardessalıq edib.
Bu barədə France-Presse agentliyi məlumat yayıb.
Qırmızı pencək, qırmızı dar yubka, corab geyinmiş Brenson bu gün düz beş saat yarım Avstraliyanın Pert şəhərindən Malayziyanın Kuala-Lumpur şəhərinə xüsusi reyslə uçan təyyarədə sərnişinlərə yemək və içki təklif edib.
Milyarder məşhur saqqalına dəyməsə də, ayaqlarını qırxıb, dodaqlarına al-qırmızı pomada sürtüb, gözlərinə kölgə çəkib.
AzNews.az