Ermənilər Ağdamın Güllücə kəndində yanğın törədib

20 Avqust 2019 23:22 (UTC+04:00)

Alov Ağdamın işğal altında olan Güllücə kəndi ərazisində meydana gəlib.

Kəndin ərazisində başlayan yanğın daha sonra xarabalığa çevrilən digər ərazilərə yayılıb. Hazırda yanğın həmin istiqamətdəki bütün yaşayış məntəqələrindən müşahidə olunur. (APA)