Ərdoğanın Merkellə telefon danışığı oldu

21 Avqust 2019 02:45 (UTC+04:00)

Avqustun 20-də axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniyanın baş naziri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, telefon bağlantısı zamanı tərəflər ikitərəfli münasibətləri və bir sıra bölgə məsələlərini müzakirə edib. (APA)