Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

21 Avqust 2019 11:09 (UTC+04:00)

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

***
10:50

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

Vida mərasimi davam edir.(report.az)

***
09:29

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

Pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni avqustun 22-də Heydər Məscidində keçiriləcək.