“Barselona” Neymarın keçidini həll edib - KİV

21 Avqust 2019 09:57 (UTC+04:00)

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üzrədir.

RAC1 radiosunun verdiyi məlumata görə, keçid hələ rəsmiləşməsə də kataloniyalılar Fransa təmsilçisi PSJ ilə böyük ölçüdə razılıq əldə ediblər. Transferin detalları açıqlanmır.

Bildirilir ki, “Barselona” yüksək tələbatı nəzərə alaraq, artıq satış üçün 27 yaşlı braziliyalı hücumçunun formalarını sifariş edib.

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.(report.az)

AzNews.az