Avstraliya Fars körfəzinə hərbi qüvvə göndərir

21 Avqust 2019 10:12 (UTC+04:00)

Avstraliya Fars körfəsinə hərbi kontingent yollayacaq.

AzNews.az-ın məlumatına əsasən, bu barədə ölkənin Baş naziri Skott Morrison bildirib.

O vurğulayıb ki, Avstraliya ABŞ-la birlikdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək. Belə ki, Avstraliyaya nəql edilən neftin təxminən 25 %-i Hörmüz boğazı vasitəsilə çatdırıldığı üçün bu məsələ ölkənin milli maraqlarına toxunur.

Məlumata əsasən, ölkə hakimiyyəti Fars körfəzinə hərbi gəmi, müşahidə təyyarəsi, həmçinin 200 əsgər və zabit göndərmək qərarına gəlib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo rəsmi Vaşinqtonun körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulan koalisiyanın yaradılmasına çalışdığını bildirmişdi.

Pompeo əlavə etmişdi ki, ABŞ Oman dənizinin də bütün dəniz keçidlərini açıq saxlayacaq.

AzNews.az