Rusiyada nüvə sınağı zamanı partlayış oldu, radiasiya səviyyəsi qalxdı - Kreml məlumatı təkzib edir

21 Avqust 2019 12:39 (UTC+04:00)

Xəbər verildiyi kimi, Rusiyanın Severodvinsk şəhərində yerləşən hərbi hissədə nüvə sınağı keçirilərkən partlayış baş verib. Rusiyanın Müdafiə Nazirliyi hadisə zamanı 5 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını deyib.

AzNews.az xəbər verir ki, mənbə bildirir ki, partlayışda atmosferə və bölgəyə zərərli maddə yayılmayıb.

Həmçinin, bölgədəki radiasiya səviyyəsinin normal olduğu qeyd edilib. Ancaq "Rosigdromet" Rusiya dövlət meteorologiya agentliyi radiasiya səviyyəsinin 4-16 qat daha çox olduğunu vurğulayıb.

"Greenpeace" isə ərazidəki radiasiya səviyyəsinin 20 qat artdığını deyib.

Qəzadan sonra yaralananlara ilkin tibbi yardım göstərən həkimlərin Moskvada nəzarət altında saxlanıldığı və hadisə ilə bağlı informasiya verməmələri üçün onlarla gizli razılaşma imzalandığı iddia edilib.

"İnterfax"ın xəbərinə görə, rusiyalı səlahiyyətlilər qəzanın baş verdiyi bölgənin yaxınlığındakı Nyonoksa kəndinin çərşənbə günündən etibarən boşaldılacağını bildirib.

Rusiyanın Xarici İşlər nazirinin köməkçisi Sergey Ryabkov baş verən hadisənin nüvə sınaqlarına nəzarət etmək üçün yaradılan təşkilatının səlahiyyətlərinə aid olmadığını deyib.

Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lasina Zerbo öz Twitter səhifəsində bir radiasiya buludunun əraziyə necə yayıldığını əks etdirən xəritə paylaşıb.

Kremlin mətbuat katibi Dmitri Peskov bu xəritəni və yazılanları "absurd, mənasız" adlandırıb, "Sizlik bir iş yoxdur" cavabını verib.

Pərvanə

AzNews.az