Turinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu karyerasını gələn il başa vura bilər.
AzNews.az-ın məlumatına əsasən, bu barədə futbolçu Portuqaliyanın TVI telekanalına müsahibəsi zamanı bildirib.
“Hazırda bu barədə düşünmürəm. Ola bilsin, karyeramı gələn il bitirdim. Lakin mən 40-41 yaşıma kimi də oynaya bilərəm. Bilmirəm.. Həmişə deyirəm ki, hazırkı andan həzz almaq lazımdır. Mən də bunu davam etməliyəm”, - deyə futbolçu bildirib.
Qeyd edək ki, portuqaliyalı ötən il İtaliya çempionatının iştirak etdiyi 31 oyununda rəqib qapısından 21 top keçirib və səkkiz nəticə verən ötürmə edib.
AzNews.az