“Beşiktaş” Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv etdi

21 Avqust 2019 13:30 (UTC+04:00)

Türkiyənin "Beşiktaş" klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb.

"Hurriyet" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" Özbilizi 2016-cı ildə Rusiya "Spartak"ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya "Rayo Valyekano"suna, Moldova "Şerif"inə və Hollandiyanın "Villem II" kollektivinə icarəyə verib. Özbiliz "ağ-qaralar"ın heyətində 6 matçda meydana çıxa bilib.(report.az)

AzNews.az