Rusiyalı müğənninin ölüm xəbəri yayıldı

21 Avqust 2019 13:49 (UTC+04:00)

Rusiyalı müğənni Olesya Yakovlevanın ölüm xəbəri yayılıb.

Məlumata əsasən, ifaçı Primorski vilayətində vəfat edib.

Bu barədə Olesyanın dostu Vadim Pavlov sosial şəbəkədə məlumat paylaşıb:

"İndicə mənə kədərli bir xəbər verdilər. Daha bir yaxın və gözəl dostum həyata gözlərini yumdu".

Rusiya mediasının yaydığı xəbərə görə, qadın suda boğulub.

Faciənin səbəbləri hələ dəqiqləşdirilməyib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, O.Yakovleva çoxsaylı mahnı müsabiqələrində iştirak edib, Primorski filarmoniyasının solisti olub.(oxu.az)

AzNews.az