Saytlarda haqqınızda çıxan məlumatları görə biləcəksiniz - “Facebook”dan yeni funksiya

21 Avqust 2019 16:08 (UTC+04:00)

“Facebook” istifadəçilərə digər tətbiqlərin və saytların sosial şəbəkə ilə paylaşdığı məlumatları görməyə imkan verən yeni funksiyanı təqdim edib.

AzNews.az bildirir ki, söhbət, həmçinin targetləşdirilmiş reklamdan da gedir.

““Off-Facebook Activity” fəaliyyətiniz haqqında bizə məlumat göndərən tətbiq və saytların xülasəsini görməyə sizə imkan verəcək. İstədiyiniz zaman bu məlumatı hesabınızdan təmizləyə də bilərsiniz", - deyə “Facebook”un bloqunda deyilir.

Funksiyanın tədricən daxil edilməsi planlaşdırılır. Onu ilk olaraq İrlandiya, Cənubi Koreya və İspaniyadan olan istifadəçilər sınaqdan keçirə biləcəklər.

AzNews.az