Bakıda 17 yaşlı qıza təcavüz etdilər

21 Avqust 2019 16:41 (UTC+04:00)

Bakıda 17 yaşlı qıza təcavüz olunub.

Bu barədə “SOS” Uşaq Sığınacaq Birliyindən Xətai Rayon Prokurorluğuna məlumat verilib. Bildirilib ki, Birliyə sığınan 2002-ci il təvəllüdlü H. B.-nı bu ilin iyul ayında zorlayıblar.

H. B. birliyə sığınmadan öncə küçələrdə gecələyib. Bu zaman Yadigar adlı şəxs gecə saatlarında rayonun Sadıqcan küçəsindəki ağaclıq sahədə onu qeyri-cinsi yolla zorlayıb.

Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az