"Best model of Azerbaijan-2004”-ün qalibi moda gecəsi təşkil etdi - FOTO

21 Avqust 2019 16:52 (UTC+04:00)

Tanınmış model İlqar Əliyevin rəhbəri olduğu model məktəbinin “Ilgar Aliyev Models Fashion Night - 2019” adlı moda gecəsi baş tutub.

AzNews.az xəbər verir ki, 3-cü ildir baş tutan gecədə şou və model dünyasının tanınmış simaları, müğənnilər, aktyorlar, fotoqraflar, rejissorlar, stilistlər, modellər və media nümayəndələri iştirak edib.

Gecənin aparıcılığı Şəhriyar Əbilov və Cavid Gülə həvalə olunub.

Məktəbin fəaliyyətindən danışan model “Məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir” deyə qeyd edib.

Rəqsanə

AzNews.az