“Sepah” qüvvələri Qərbi Azərbaycan əyalətində təlim keçirib

21 Avqust 2019 23:25 (UTC+04:00)

Tehran bürosunun məlumatına görə, Makunun dağlıq ərazisində keçirilən təlimdən məqsəd Seyidüş-Şühəda sərhəd qoşunlarının hərbi hazırlığı yoxlanılması və İranın şimal-qərbi bölgəsində terror qruplarının təmizlənməsi istiqamətində peşə vərdişlərinin hazırlanmasıdır.
Təlimlərdə terrorçuların ehtimal olunan mövqelərinə həqiqi mərmilərdən atəş açılıb. (APA)