Bakıda kişi həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirib

21 Avqust 2019 23:38 (UTC+04:00)

Buzovna qəsəbəsində kişi ailə münaqişəsi zəmnində həyat yoldaşı 1987-ci il təvəllüdlü Hacıyeva Xalidə Zabit qızı və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyərək xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (APA)