İlin ən çox qazanan aktyoru məlum oldu

22 Avqust 2019 00:02 (UTC+04:00)

"Forsaj: Hobbs və Şou", "Göydələn" filmlərinə, həmçinin "Futbolçular" serialına və "Under Armour" brendinin reklamına görə Conson il ərzində 89,4 milyon dollar əldə edib. Ötən il isə aktyorun illik gəliri 119 milyon dollar təşkil edib.

Siyahıda ikinci və üçüncü yerləri isə "Qisasçılar" filminin ulduzları Kris Hemsvort (76,4 milyon dollar) və Robert Dauni (66 milyon dollar) tuturlar.

Onluğa həmçinin Akşay Kumar, Ceki Çan, Bredli Kuper, Adam Sendler, Kris Evans, Pol Radd və Uill Smit də daxildirlər. (Oxu.az)