Bakıda gənc qız ölümlə hədələndi

22 Avqust 2019 06:27 (UTC+04:00)

Bakının Nizami rayonunda gənc qız tanıdığı şəxs tərəfindən ölümlə hədələnib.

Bu barədə zərərçəkən özü polisə şikyət edib.

Belə ki, 1996-ci il təvəllüdlü S.Məmmədova Xətai Rayon Polis İdarəsinə müraciət edib ki, Babək prospekti 94 ünvanında yaşadığı evin yaxınlığında İbrahim adlı şəxs onu ölümlə hədələyib.

Faktı Xətai RPİ-nin əməkdaşları araşdırır. (APA)