Azərbaycanlı müğənni iş adamı olan ərini kameralardan gizlətdi: "İcazə vermirəm" - VİDEO

22 Avqust 2019 11:04 (UTC+04:00)

Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

AzNews.az xəbər verir ki, verilişin aparıcısı prodüser Tolik (Tarix Əliyev) verilişdə qonaq olan müğənni Sabina Selcanın ərini kameralardan gizlətməsindən danışıb.

"Sabinanın həyat yoldaşı bir neçə gündür bizimlə istirahətdədir. Lakin Sabina onu kameralardan var gücü ilə gizlədir",-deməsinə müğənni ərinin iş adamı olduğunu və görüntülənməyi sevmədiyini bildirib.

"İş adamı efirdə görünməməlidir. Məni çəkə bilərlər. Bu mənim həyat yoldaşımdır. Özəlimdir. Jurnalistlərə buna icazə vermirəm", - deyə müğənni vurğulayıb.

Aynur

AzNews.az