İsrail Qəzzanı bombaladı

22 Avqust 2019 11:30 (UTC+04:00)

İsrail Qəzza Şəridində Hamasa aid bir çox hərbi nöqtəyə hava hücumu həyata keçirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichay Adraee yazılı ifadəsində İsrail döyüş təyyarələrinin Qəzzanın şimalını hədəf aldığını bildirib.

Açıqlamada, hücumun Qəzzadan İsrailə atılan və qəsəbə yaxınlığına düşən raketə qarşılıq gerçəkləşdirildiyi bildirildi.

Adree dünən axşam saatlarında Qəzzadan İsrailə raket atıldığını və buna qarşılıq Hamasa aid hərbi nöqtənin vurulduğunu bildirmişdi.

Qəzzadan isə raket atışının məsuliyyətini heç kim öz üzərinə götürməyib..

Mehri QURBANOVA

AzNews.az