Məşhur müğənnilər Zenfira İbrahimova və Sabina Selcan "Hər şey daxil" verilişində maraqlı açıqlamalar ediblər. Aparıcı Tolik xəyanət mövzusuna toxunub.
AzNews.az xəbər verir ki, Zenfira ərinin ona xəyanət edəcəyinə inanmadığını bildirib:
"Mənim ərimlə görüşən qadının saçından alıb yerə çırparam".
Həmkarı Sabina Selcan da Zenfiranın sözlərinə dəstək verib:
"Mən ailəmi dağıtmaqdansa, o, qadının üzünü dağıdaram. Onun saçını yolub, paltarını cırıb ortaya ataram".
Onun bu sözlərinə isə Tolikin cavabı hər kəsi güldürüb.
"Ay qız, birdən o səni cırsa neyləyəcəksən?",-deyə aparıcı bildirib.
Aynur
AzNews.az