Bəşər Əsəd rejimi İdlibi bombaladı - Ölənlər var

22 Avqust 2019 12:07 (UTC+04:00)

Suriyada Bəşər Əsəd rejimi və Rusiyaya məxsus hava qüvvələri İdlibi bombalayıb.

Şəhərin Deyr Garbi, Deyr şarki, Hiş, Kefersecne, Muka, Tuh, Bsenkul və Tel Mennis kəndləri, Temaniye, Maaretinuman, Serakib qəsəbələri gecə saatlarında hücuma məruz qalıb.

Hadisə zamanı Deyr Garbi kəndindən 4, Tel Mennisdən isə 2 vətəndaşı həyatını itirib.(qafqazinfo.az)

AzNews.az