Tramp özünü “seçilmiş” elan etdi

22 Avqust 2019 12:12 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət müharibəsinin zəruriliyi barədə danışarkən özünü “seçilmiş” adlandırıb.

Bu barədə AzNews.az "The Times of Israel"ə istinadla xəbər verir .

Dövlət başçısının sözlərinə görə, sələfləri Çinə ticarət və əqli mülkiyyət sahəsində üstünlüyə malik olmağa imkan verib.

"Kimsə bunu etməli idi",- deyə prezident jurnalistlərə bildirib və sonra göyə baxaraq əlavə edib: "Mən seçilmişəm".

Xatırladaq ki, ABŞ və Çin il yarımdan çoxdur ki, ticarət müharibəsi aparır. İyunun sonunda hər iki ölkənin liderləri - Tramp və Si Sinpin G20 zirvəsində barışıq haqqında razılığa gəlib. Lakin iyulun sonunda iki ölkənin münasibətləri yenidən gərginləşməyə başlayıb və onlar bir-birini təhdid etməyə keçiblər.

AzNews.az