İmişlidə 3 avtomobil toqquşdu - Meyiti maşından güclə çıxardılar

22 Avqust 2019 12:46 (UTC+04:00)

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qaravəlli kəndində “Mercedes” markalı iki minik avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az