BDU tələbələrinin Mikayıl Cabbarova MÜRACİƏTİ

13 May 2013 07:10 (UTC+04:00)
Bakı Dövlət Universiteti 4-cü kurs tələbələri təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Müraciətdə may ayının son ongünlüyündə keçiriləcək dövlət imtahanının universitetdə də ləğv olunması ilə bağlı change.org saytında online petisiya (səsvermə) başladıldığı bildirilir.

Tələbələrin fikrincə, Boloniya sisteminə qoşulmuş qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunmuş dövlət imtahanları BDU-da da keçirilməməlidir.

Petisiya müəllifləri əsas səbəb kimi aşağıdakıları göstəriblər:

1. Dünya universitetlərinin praktikasında olmaması.

2. Ölkəmizdəki bir sıra universitetlərdə ləğvi.

3. Diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törətməsi.

Petisiyaya indiyə qədər 885 tələbə qoşulub.


http://www.change.org/petitions/bak%C4%B1-d%C3%B6vl%C9%99t-universitetinin-t%C9%99l%C9%99b%C9%99l%C9%99ri-d%C3%B6vl%C9%99t-imtahan%C4%B1n%C4%B1n-l%C9%99%C4%9Fvini-xahi%C5%9F-edir

Elnarə Əlosmanqızı
AzNews.az