“Nar” müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında birinci oldu - FOTO

22 Avqust 2019 16:09 (UTC+04:00)

“Nar” mobil operatorunun 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlərlə bağlı Bakıda böyük tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti, baza stansiyalarının sayının artması sayəsində “Nar”-ın abunəçilərinin sayıının artması haqda geniş danışılıb.

Qeyd edilib ki, keçən illə müqayisədə aktiv abunəçi bazası artıb və istifadəçilərinin sayı 2,3 milyona çatıb.

“Azerfon”un baş icraçı direktoru Qunnar Panke çıxışında bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib:

“Nar” olaraq əsas hədəfimiz müştəri məmnuniyyətidir. Çalışırıq ki, hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin edək. Müştərilərə göstərdiyimiz xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”. Həmçinin tədbirdə operatorun abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də keyfiyətli və operativ müştəri xidmətləri göstərildiyi də deyilib. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələr vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub və bu müraciətlərin 94,7 % -i bir dəqiqə ərzində cavablandırılıb. 6 ay ərzində “Nar” ikiqat internetdən istifadə etmək və daha çox ünsiyyət qurmaq imkanı verən “ CavanNar” tarifini, həmçinin xaricə səyahət edən abunəçilər üçün sərfəli rominq paketləri təqdim olunub.

Səidə Vahid

AzNews.az