"Real Madrid"dən Neymar üçün fantastik transfer təklifi

22 Avqust 2019 16:56 (UTC+04:00)

"Real Madrid" Neymar üçün fantastik transfer təklif edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PSJ-nin (Paris Saint Germain) 27 yaşlı braziliyalı super ulduzu Neymarın komandadan ayrılacağı ilə bağlı xəbərlər yenidən alovlanıb.

"Barselona"nın idman direktoru Erik Abidal Parisdə göründükdən sonra Neymarın transferi yenidən gündəmə gəlib.

Fransa mətbuatı bu gün transfer təklifini açıqlayıb.

Məlumata əsasən bildirilir ki, 27 yaşlı ulduza 100 milyon avro ilə yanaşı Keylor Navas, Gareth Bale və James Rodriguez təklif edilib.

Ancaq qarşı tərəf buna rədd cavabı verib.

Nəzrin Əlizadə

AzNews.az