Bəşər Əsədin qırıcıları Türkiyə hərbçilərinə atəş açdı – Rusiyadan ilk açıqlama gəldi

22 Avqust 2019 17:36 (UTC+04:00)

Xəbər verildiyi kimi, Əsəd qoşunları Türkiyə hərbçilərinə atəş açıb. RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında bu insidentə toxunub.

AzNews.az xəbər verir ki, o, son hadisələrlə bağlı Türkiyə ilə təmasda olduqlarını bildirib.

Xatırladaq ki, Bəşər Əsədə məxsus qırıcılar İdlibin cənub-şərqində yerləşən Maaretinuman rayonundakı 8 saylı müşahidə məntəqəsinin yaxınlığına ağır pulemyotlardan atəş açıb.

Mariya Zaxarova Suriyada baş verən son hadisələr haqda geniş danışıb:

"Biz hesab edirik ki, İdliblə bağlı əldə edilmiş bütün razılaşmalara tam əməl edilməlidir. Bu razılaşmaya əsasən həm terrorçulara qarşı mübarizə davam etdirilməli, həm də mülki əhalinin təhlükəsizliyi təmin edilməlidir”.

O, İdlibdə və onun ətrafında yaranmış təhlükəli gərginliyi müşahidə etdiyini vurğulayıb:

"Bunun gərginliyə səbəb olduğu aydındır: bu, terrorçuların gərginliyi azaldan zonada (İdlib) və onun hüdudlarından kənarda təcavüzkar hücumlarıdır".

"Biz də bu istiqamətdə Soçi razılaşması çərçivəsində Türkiyə tərəfi ilə əməkdaşlığımızı dəstəkləyirik", - deyə Zaxarova bildirib.

Mehri QURBANOVA

AzNews.az