Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

22 Avqust 2019 18:51 (UTC+04:00)

Aznews.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.