Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

22 Avqust 2019 21:49 (UTC+04:00)

Rayonun Poylu kəndi ilə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)