Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb

22 Avqust 2019 22:24 (UTC+04:00)

Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkəti olan Federal Sərnişin Şirkəti (FSŞ) məlumat yayıb.

Bildirilir ki, 2019-cu ilin I rübündə FSŞ qatarları ilə iki ölkə arasında sərnişin daşınmasında 1,3 faiz artım qeydə alınıb.

Bu göstərici Rusiya və Tacikistan arasında 3,4 faiz, Rusiya və Qazaxıstan arasında isə 3,2 faiz təşkil edib. (Report)