Tanınmış müğənninin bağ evinə oğru girdi - mənzilini isə beş nəfərə satdılar

23 Avqust 2019 09:32 (UTC+04:00)

Müğənni Günel Məhərrəmovanın bağ evinə oğru girib.

AzNews.az xəbər verir ki, bu haqda Günel Məhərrəmova 5/5 verilişində məlumat verib. O, "Bağ evimə oğru girib. Orada heç kim yaşamırdı. Kombi, televizorları və hər şeyi oğurlayıblar. Gündə polis bölməsindəyəm".

İfaçı onu da deyib ki, Xətai rayonunda yerləşən evini beş nəfərə satıblar.

Müğənni aparıcının "Çox pintidir və kişi də ona görə qaçıb" deməsinə "Eybi yox qocalanda gələr" deyə cavab verib.

Rəqsanə

AzNews.az