Avtomobil TIR-la toqquşdu: ana və oğlu öldü - ata və iki uşağı yaralandı

23 Avqust 2019 11:15 (UTC+04:00)

Türkiyənin Aksaray səmtində avtomobilin TIR-la toqquşması nəticəsində ana və oğlu ölüb, əri və 2 uşağı yaralanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qəza yerli saatla 07:00 radələrində baş verib. 38 yaşlı Ümit Kestekin 68 HC 071 nömrə nişanlı avtomobili eyni tərəfə gedən 38 yaşlı Orhan Sertkayanın TIR-na arxadan çırpılıb.

Atomobilin sürücüsü ilə 37 yaşlı arvadı Hafizə və uşaqları 11 yaşlı Haticə, 9 yaşlı Alper və 3 yaşlı Mustafa Kestel yaralanıb.

Hadisə yerinə təcili yardım çağırılıb.

Edilən müdaxilələrə baxmayaraq ana Hafizə və oğlu Mustafa Kestelin həyatını qurtarmaq mümkün olmayıb.

Ata və iki uşağı da təcili yardımla xəstəxanaya aparılaraq nəzarətə alınıb.

Ailə şəhər mərkəzindən kəndlərinə ziyarətə gedirmişlər.

Səidə Vahid

AzNews.az