Aleksey Navalnıy azadlığa buraxıldı

23 Avqust 2019 11:24 (UTC+04:00)

Rusiyada müxalifət lideri Aleksey Navalnıy azadlığa buraxılıb.

Bu barədə müxalifət liderinin mətbuat katibi Kira Yarmiş “Twitter” səhifəsində məlumat verib.

Qeyd edək ki, Aleksey Navalnıy Rusiyada gələn ay keçiriləcək yerli seçkilərdə müxalifətdən olan namizədlərin qeydiyyata alınmaması ilə əlaqədar Moskvanın mərkəzində insanları nümayişlər keçirməyə çağıraraq qanunları pozmaq da ittiham olunaraq, 30 sutkalıq həbs edilmişdi.(apa.az)

AzNews.az