70 yaşlı azərbaycanlı velosipedçidən maraqlı addım - FOTO

23 Avqust 2019 11:35 (UTC+04:00)

Mingəçevirli velosipedçi dünya turunu başa vuraraq Azərbaycana qayıdıb.

Velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb.

Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib.

O, 93 gün ərzində Rusiya, Ukrayna və Gürcüstan ərazilərini dolaşıb.(apa.az)

AzNews.az