Suriya ordusu dörd kəndi azad etdi

23 Avqust 2019 12:17 (UTC+04:00)

Suriya ordusu cümə günü Hama əyalətindən şimalda yerləşən Kafr-Zeyta, Latmana, Latmin və Tell-Fas kəndləri üzərində nəzarəti ələ keçirib.

AzNews.az bildirir ki, bu barədə RİA “Novosti” suriyalı hərbi mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, Suriya hökuməti avqustun 22-də İdlibin terrorçular yerləşən ərazisindəki dinc sakinlər üçün humanitar dəhlizin açıldığını elan etmişdi.

Mənbə vurğulayıb ki, hökumət ordusu dünən Han-Şeyhunu terrorçulardan azad edib. Hazırda şəhər minalardan təmizlənir.

AzNews.az